Azərbaycanın 1 taekvondoçusu və 2 atleti dopinqə görə cəzalandırılıb.
Apasport.az xəbər verir ki, taekvondoçumuz Səidə Əliyeva, ağırlıqqaldıran Günel Vəliyeva və pauerliftinqçi Rövşən Xəlilov diskvalifikasiya olunublar.
Hər üç idmançının nümunələrində qadağan edilmiş maddələr aşkarlanıb. S.Əliyevada “furosemid”, G.Vəliyevada “methyltrienolon”, R.Xəlilovda isə “metandienone” aşkarlanıb.
S.Əliyeva yarışlardan 2, digər idmançılar isə 4 il müddətinə uzaqlaşdırılıb. Taekvondoçu ilə bağlı sanksiyanın başlama tarixi bu il fevralın 16-sı göstərilib.
Dörd illik cəzalandırılan G.Vəliyeva ilə bağlı sanksiyanın 2023-cü il sentyabrın 7-dən etibarən başladığı təsdiqlənib. Pauerliftinqçi R.Xəlilovun cəzası isə 2021-ci il noyabrın 18-dən qüvvəyə minib.
- Qurban Qurbanov: "Daha da irəliyə getməyə çalışırıq"
- Şahruddin Məhəmmədəliyev: “Məni sevib-sevmədiklərini özlərindən soruşa bilərsiniz” - Müsahibə
- Futbol klubundan zəlzələ qurbanlarına təsirli jest - FOTO
- Rəqib Bakıya gələ bilmədi, millimizin matçı ləğv edildi
- “Kəpəz”in futbolçusu: “ Meydanda fərdi yox, kollektiv şəkildə mübarizə apardıq”