UEFA Almaniyada keçirilən Avropa çempionatının bombardiri ilə bağlı meyarları dəyişib.
Apasport.az xəbər verir ki, mükafat vurulan qolların sayına görə öndə olan bütün oyunçulara veriləcək.
Əvvəl isə qolların sayında bərabərlik olanda, bombardir əlavə göstəricilərə əsasən müəyyənləşirdi.
Hazırda mükafata hərəyə 3 qol vuran 6 futbolçu iddia edir: Dani Olmo (İspaniya), Harri Keyn (İngiltərə), Jorj Mikautadze (Gürcüstan), Kodi Qakpo (Niderland), Camal Musiala (Almaniya), İvan Şrants (Slovakiya).
Qeyd edək ki, iyulun 14-də AVRO-2024-ün finalında İspaniya və İngiltərə milliləri üz-üzə gələcək. Bu o deməkdir ki, Keyn və Olmonun bombardir üçün nəzərdə tutulan mükafatı qazanmaq şansı daha çoxdur.
- Boksçularımızdan Yekaterinburqda 7 medal
- “İrəvan”dan səfər qələbəsi, “Karvan”dan darmadağın
- UEFA və FIFA proqramlarından AFFA-ya ödənilən vəsait bəlli olub
- İrəvandakı Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib - BİRGƏ BƏYANAT
- Qurban Qurbanov xaricdən yeni təklif alıb - Özü açıqladı