
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiakos” UEFA tərəfindən cəzalandırılıb.
Apasport.az saytının məlumatına görə, Yunanıstan çempionu turnirin II turunda “Frayburq”la (0:3) ev matçında azarkeşlərin davranışına görə cəriməyə məruz qalıb.
Pirey təmsilçisini ümumilikdə 58 min avro məbləğində cərimələyən qitə futbol qurumunun qərarına görə, növbəti turda “Qarabağ”la qarşılaşmada şimal tribunası qismən bağlı olacaq. Buna səbəb “Frayburq”la matçda azarkeşlərin pirotexniki əşyalardan istifadə etməsi olub.
Qeyd edək ki, “Olimpiakos” – “Qarabağ” oyunu oktyabrın 6-da keçiriləcək.
- Minifutbol üzrə Azərbaycan çempionatında III tura yekun vurulub
- Krakov-2023: Qılıncoynadanlarımız 6-cı oldu - YENİLƏNİB
- AMADA “Zəfərin övladları” adlı tədbir keçirdi - FOTOLENT
- Şahruddin Məhəmmədəliyev: “Mənə digərlərindən daha asandır”
- “Mançester Siti”ni gözləyən cəzalar – liqadan uzaqlaşdırılma, xalların silinməsi...