Çempionlar Liqasının və Avropa Liqasının Liqa mərhələlərində 8-ci turun matçlarından sonra klubların UEFA reytinqi yenilənib.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" Avroliqada "Olimpiakos"a uduzub -0:3.
Nəticədə Ağdam təmsilçisinin sıralamadakı mövqeyi dəyişib. Aktivində 32,000 xalı olan Qurban Qurbanovun komandası 1 pillə geriləyərək 66-cı yerdə qərarlaşıb.
"Qarabağ"ı geridə qoyan komanda isə Danimarka “Midtyulland”idir - 32,750 xal.
Digər Azərbaycan təmsilçilərindən “Neftçi” 8,000 xalla 181-ci pillədədir. “Zirə”, “Sabah”, “Sumqayıt” 4,000 xalla 310-cu yeri bölüşürlər. “Qəbələ” və “Şamaxı” isə 3,925 xalla 329-cu yeri paylaşırlar.
Reytinq cədvəlinə 138,500 xalla “Real” liderlik edir.
- Kaxaber Tsxadadze: “Əsas məqsədimiz Premyer Liqada qalmaqdır”
- "Qalatasaray" Orel Manqala ilə maraqlanır
- Millimizin baş məşqçisi: "Çalışmalıyıq ki, hər bir oyunda gözəl oyun göstərək və qalib gələk"
- Adrian Mutu: “Penalti epizodu bizim üçün ağır nəticələndi” - MÜSAHİBƏ
- Elmar Baxşıyev: "Hər iki cəbhədə oynamağa çalışacağıq"