Polşa Futbol Federasiya yığmanın baş məşqçisini istefaya göndərib.
Apasport.az-ın məlumatına görə, uğursuz nəticələr Fernando Santuşa bağışlanılmayıb.
Bir gün öncə federasiya portuqaliyalı mütəxəssisin vəzifəsində qalacağını açıqlasa da, futbol ictimaiyyətinin təzyiqinə tab gətirməyib. Bu il yanvar ayından Polşa komandasına başçılıq edən Santuş istefasına münasibət bildirib: “Əməkdaşlığa son qoymağımıza baxmayaraq, bu imkanı mənə yaratdıqlarına görə təşəkkür edirəm. Polşa və onun xalqına uğurlar arzulayıram”.
Qeyd edək ki, Polşa yığması seçmə mərhələsində keçirdiyi 5 oyundan üçündə uduzub. Komandanın final mərhələsinə yüksəlmək şansı çox cüzidir.
- Millimizdən beynəlxalq turnirdə uğurlu start
- Azərbaycan çempionatında 7 çəki üzrə yarımfinalçılar bəlli olub
- "Sərhədçi"nin baş məşqçisi: "Oyunçularımızın üst səviyyəyə çatacağına inanıram"
- Adil Şükürov: "Bu il də hədəfimiz Premyer Liqada qalmaqdır"
- Ronaldo karyerası barədə: "Bilirəm ki, çox ilim qalmayıb"