Ukrayna klubundan "Neftçi"yə: Vernidubdan transfer həmləsi
25.12.2025 - 11:16
“Neftçi” heyətini daha bir əcnəbi oyunçu ilə gücləndirə bilər.
Apasport.az xəbər verir ki, “ağ-qaralar” Ukraynanın "Polesya" klubunun mərkəz müdafiəçi Danilo Beskorovaynı ilə maraqlanır.
Jitomir təmsilçisi onun üçün təklifləri qəbul etməyə hazırdır.
Danilo daha əvvəl 2024-cü ildə “Krivbass”da Yuri Vernidubla çalışıb. Vernidub indi sabiq tələbəsini “Neftçi”yə gətirmək niyyətindədir.
Müdafiəçi bu mövsüm "Polesya"nın heyətində 9 oyuna çıxıb.
“Transfermarkt”da dəyəri 600 min avro olan futbolçu Ukraynanın U-20 yığmasının da formasını geyinib.
- AMADA Azərbaycan və ABŞ idmançılarını dopinqə görə cəzalandırıb
- Avropa çempionatının ilk günündə 5 güləşçimiz yarışacaq
- Paris-2024: Futbol yarışlarında ilk finalçı bəlli olub
- Dünya Kubokunda iştirak edəcək ölkələr müəyyənləşib
- Aslan Kərimov: “Rəqibimiz Almaniya millisinin “minimaketi”dir" - MÜSAHİBƏ
0
0