“Atletik”in baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasında “Qarabağ”a qalib gəldikləri oyunu şərh edib.
Apasport.az xəbər verir ki, mütəxəssis 3:1 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Onlar bizə qol vuranda bunu sakit qarşıladım. Çünki qarşıda çox vaxt var idi. Hiss etdim ki, qarşılaşmaya həyəcanlı başladıq. Sanki birinci qoldan əvvəl ikincini vurmaq istəyirdik. Lakin sonradan ağıllı oynadıq və sürəti artırdıq. Bunun nəticəsində qollar vurmağa başladıq. İlk hissədə üstünlük bizim tərəfimizdə idi. Sürətli tempi saxlamaq bir o qədər asan olmadı. Biz daha çox topa sahib olmaq istəyirdik və rəqib buna mane olmağa çalışırdı”.
- Acun Ilıcalı: “Qalatasaray” liqada açıq-aşkar irəli çəkilir"
- PSJ "Liverpul"un futbolçusu ilə maraqlanır
- Elmar Baxşıyev: “Bütün gücümüzü ortaya qoyacağıq”
- “Qəbələ” Küveyt klubu ilə yoxlama matçı keçirəcək
- Azərbaycan taekvondoçularının 2024-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb