Veloparkda Federasiya Kuboku yarışı keçirilib
02.08.2026 - 16:28
Veloparkda həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı baş tutub.
Apasport.az xəbər verir ki, 50-yə yaxın idmançının mübarizə apardığı turnirdə 3 yaş kateqoriyası üzrə qaliblər müəyyənləşib.
Yarış başlamazdan əvvəl 46 yaşını qeyd edən iştirakçı Rəfael Qasımova Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən xatirə hədiyyəsi təqdim olunub.
Yarışın sonunda fərqlənən iştirakçılara mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov və federasiyanın idman direktoru Vladimir Buşanskiy təqdim ediblər.
- Azarkeşləri döyən baş məşqçi futboldan uzaqlaşdırıldı - FOTO
- Argentina Futbol Assosiasiyası FİFA-ya şikayət edib
- “Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
- Rusiya millisi DÇ-yə buraxıldı: Bayraq və himnə icazə
- Yunis Hüseynov: “Qarabağ" çempionatın qurtarmasına 7-8 tur qalmış...” - Müsahibə
0
0