Veşoviç də “Qarabağ”ı tərk etdi - RƏSMİ
11.06.2025 - 22:09
"Qarabağ"ın monteneqrolu futbolçusu Marko Veşoviç klubdan ayrılıb.
Apasport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, 33 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsi uzadılmayıb.
Xatırladaq ki, "köhlən atlar" daha əvvəl Yassin Benzia və Patrik Andrade ilə vidalaşdığını açıqlamışdı.
Qeyd edək ki, Veşoviç bu mövsüm "Qarabağ"ın heyətində ümumilikdə 31 oyuna çıxıb. Oyunçu bu qarşılaşmalarda 3 asistlə yadda qalıb.
- Taekvondoçumuz “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığını davam etdirir
- Haaland Çempionlar Liqasının tarixinə düşdü
- Gənclər Liqası: “Qarabağ” böyük hesabla məğlub oldu - YENİLƏNİB
- Rafael Utziq Azərbaycana qayıtdı, Rəşad Sadıqov cəzalandırdı - ÖZƏL
- Basketbolçularımız Avropa çempionatında 12-ci olub
0
0