Azərbaycan Voleybol Federasiyası (AVF) ölkə çempionatının əsasnaməsinə dəyişiklik edib.
Apasport.az AVF-yə istinadən xəbər verir ki, kişi voleybolçular arasında Yüksək Liqada oyunlar əvvəl nəzərdə tutulduğu kimi 4 deyil, 6 dövrə davam edəcək.
Daha sonra pley-off mərhələsi baş tutacaq.
Bu dəyişikliyə səbəb “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandalarının çempionatda çıxışlarını dayandırmalarıdır. Digər klublar oyunların sayının artırılması ilə bağlı AVF-yə müraciət ünvanlayıblar. Federasiya klubların müraciətini nəzərə alaraq Yüksək Liqada qarşılaşmaların 6 dövrədə keçirilməsini qərara alıb.
- "Yunayted" Almaniya millisinin üzvü üçün 70 milyonu "gözdən çıxarıb"
- "Mançester Yunayted"in yayda etmək istədiyi transferlər bilindi
- Qismət Alıyev: "Oyunlar göstərir ki, seçmə mərhələlərdə daha yaxşısını edə bilərik" - Müsahibə
- MPL: “Turan Tovuz” mövsümə qələbə ilə start verdi - YENİLƏNİB
- “Turan Tovuz” Moldova millisinin futbolçusunu gətirdi