Qadınlardan ibarət Azərbaycan milli komandasının müdafiəçisi Yeliz Açarın apasport.az saytına müsahibəsi
- Sizcə turnir cədvəlindəki liderliyi qoruyub saxlamaq üçün nə lazımdır?
- Həm biz futbolçuların, həm də texniki heyyətin inamı və güvəni turnirin əvvəlindən bu günə kimi bizi bu nöqtəyə gətirdi. Bundan sonrakı müddəti də eyni templə və inamla idarə edəcəyik.
- Monteneqro üzərindəki qələbəni necə dəyərləndirirsiniz?
- Monteneqro üzərində qələbəmiz strateji hərəkət edib, dominant oynayaraq liderliyi əldə saxlamaq istəyi və hirsindən irəli gələn qələbə idi.
- Kiprlə növbəti matçın taleyi barədə nə düşünürsünüz?
- Kiprlə oynayacağımız matçın taleyi bizi Azərbaycan bayrağı altında daha da qürurlandıracaq. Bu qürur isə hamımıza məxsusdur və bu hissi doya-doya yaşamaq istəyən komandamız növbəti matçda da qalibiyyət arzusu ilə oynayacaq.
- Matç öncəsi və oyun zamanı sizi nə ruhlandırır?
- Matçdan əvvəl musiqi dinləmək məni rahatlaşdırır. Bu da mənə matçın fantastikasını yaşamağa imkan verir.
- "Neftçi"də Qriqorçuk dövrü başa çatdı - Yerinə o gəlir
- "Bavariya" rəsmisi: “Real”ın onun bir ayağını belə ala biləcəyinə əmin deyiləm
- Avrokubokda maksimum irəliləmək və Azərbaycan çempionluğu - “Azərreyl”in hədəfi
- “Qarabağ”dan böyükhesablı qələbə - YENİLƏNİB
- TFF, "Qalatasaray" və "Fənərbaxça" ortaq bəyanat yaydı