“Deməyə söz tapmıram".
Apasport.az xəbər verir ki, bunu 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçi əvəzi İlqar Aslanov deyib.
O bu gün Avropa çempionatının əsas mərhələsi çərçivəsində Yunanıstan yığması ilə keçirilmiş oyun (3:11) haqda azfutzal.az-a açıqlama verib:
"Oyundan əvvəl heyətlə bağlı problemlərimiz də var idi. 4 oyunçumuz həkimin müdaxiləsindən sonra meydana çıxa bildi. Oyunun gedişində daha 2 futzalçımız zədələndi və meydanı erkən tərk etdi. Təbii ki, bunlar da oyunumuza təsirsiz ötüşmədi. Hər 2 komanda əvvəlki matçlarda yenildiyinə görə, mütləq qələbə qazanmaq üçün meydana çıxmışdı. Təəssüf ki, bunu bacara bilmədik. Nəticəyə görə azarkeşlərimizdən üzr istəyirik. Çox işləməliyik”.
- Rəşad Sadıqov: "Qarabağ"ın ilk təhlükəli epizodu qolla nəticələndi"
- Millimizin üzvü oynamadı, komandası məğlub oldu
- AVRO-2024: Yarımfinal və finalın topu təqdim olundu
- Regekampf: "Fanatlarımızın dəstəyi ilə titula yiyələnmək istəyirik" - MÜSAHİBƏ
- Tahir Abdullayevin “UFC Fight Night Baku”da iştirakı rəsmən təsdiqlənib