"Yunayted"in yeni sahibi
24.12.2023 - 22:17
Cim Ratkliff "Mançester Yunayted"in səhmlərinin 25%-ni alıb.
Apasport.az xəbər verir ki, bu haqda İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
“İneos” kimya şirkətinin də sahibi olan ingilis iş adamı klub təmsilçiləri ilə danışıqlarda müsbət nəticə əldə edib . Razılaşmaya əsasən Ratkliff “Old Trafford” stadionunu yaxşılaşdırmaq üçün kluba 300 milyon dollar ayıracaq. Həmçinin “Ineos” şirkəti “Mançester Yunayted”in bütün futbol əməliyyatlarına cavabdeh olacaq.
Qeyd edək ki, iddialara görə Cim Ratkliff “qırmızı şeytanlar”da pay sahibi olmaq üçün 1,25 milyard funt sterlinq ödəyib.
- Jorj Kaşkilya: "Meydan barədə heç nə deməyəcəm, çünki.."
- "Qarabağ"ın "Bayer"lə matçlarının vaxtı açıqlandı
- Bakıda basketbol üzrə Dünya Seriyasının Səbail mərhələsinin oyunları baş tutacaq
- “Qarabağ”ın təşkilatçılığı ilə Milli Mətbuatın 150 illiyinə həsr olunan futbol turniri keçirilib - FOTO
- "Bavariya"da ciddi itki
0
0