“Qarabağ” bu gün ən böyük əzmkarlığını göstərəcək. Çünki həm qələbə lazımdır, həm də azarkeşlərin dəstəyi altında oynayacaq”.
Bunu apasport.az saytına açıqlamasında veteran futbolçu Yunis Hüseynov “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində “Frayburq”la bu gün keçirəcəyi son oyunu ilə bağlı danışarkən deyib.
57 yaşlı mütəxəssis Almaniya klubunun qrupda birinci yeri təmin etməsinin onların görüşə yanaşmalarında dəyişiklik etməyəcəyini düşünür: “Frayburq”un Bakıda hansı heyətlə oynamasının bir o qədər fərqi yoxdur. Çünki Almaniya klubunda hətta ehtiyatda oturanlar da güclü futbolçulardır. Birinci yeri təmin eləsələr də, son matçda əllərini yana salmayacaqlar. Düşünürəm ki, “Qarabağ” qələbə qazanmasa belə, mərhələ adlayacaq. Çünki “Nant”ın möhtəşəm azarkeşlər qarşısında “Olimpiakos”u məğlub etməsi çətin olar”.
Hüseynov Azərbaycan çempionunun qalibiyyətindən əmin danışıb: “Açığı, “Qarabağ”ın qələbəsinə heç bir şübhəm yoxdur. Hələ ilk turlardan “Qarabağ”ın qrupda ikinci yeri tutacağını demişdim. Bu gün də “Frayburq”u məğlub edərək proqnozumu doğruldacaqlar”.
Qeyd edək ki, “Qarabağ” – “Frayburq” oyunu saat 21:45-də başlayacaq.
- Elzar Yusubovun xatirəsinə həsr olunmuş karate turniri keçiriləcək
- Azərbaycan çempionatında pley-offa yüksələn komandalar məlum olub
- Avropa Kuboku yenidən Bakıda keçiriləcək
- Taleh Nəsibov: “Futbolsevərlərimiz üçün bundan gözəl sevinc hissi ola bilməz”
- Lamin Yamal bu il dünyanın ən yaxşı gənc futbolçusu seçilib