Futbol üzrə Azərbaycan çempionatının I Liqa təmsilçisi “Zaqatala” çətin vəziyyətə düşüb.
Apasport.az xəbər verir ki, buna ölkə ərazisindəki qeyri-sabit hava şəraiti səbəb olub.
Komandanın ev oyunlarını keçirdiyi Zaqatala şəhər stadionunun qazonu qarla örtülüb.
Nəticədə şimallılar məşqlərə çıxa bilmirlər. Klubun əməkdaşları qarı təmizləməyə başlayacaq.
İşçi qüvvəsi az olan “Zaqatala”nin qarı təmizləmək üçün köməyə ehtiyacı yaranıb. Bu üzdən də klub rəhbərliyi sosial şəbəkələrdə azarkeşlərə müraciət ünvanlayıb.
Onlardan kluba dəstək və bu çətin prosedurda köməklik etmək xahiş olunub. Yardıma gələcək şəxslərdən təmizlik avadanlıqlarını gətirmələri istənilib.
Qeyd edək ki, “Zaqatala” I Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
- “Abşeron”un baş məşqçisi: “Sabah”a qarşı oyunu çevirmək mümkünsüz idi”
- Bundesliqa: “Leypsiq” autsayderlə bacarmadı
- Azərbaycanın 3x3 basketbol millisi Olimpiya Təsnifat turnirində ilk oyununa çıxır
- 30 dəqiqədə şou göstərdi - Undav matçın ən yaxşısı seçildi
- Birinci Liqa: “Zaqatala”dan darmadağın, MOİK-dən qələbə - YENİLƏNİB