"Zirə" hücum xəttini braziliyalı ilə gücləndirəcək
28.08.2024 - 17:17
“Zirə” ötən mövsümü “Turan Tovuz”da keçirən Paçu Liranı heyətinə qatmaq istəyir.
Apasport.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi braziliyalı forvardla münasibətləri rəsmiləşdirmək niyyətindədir. Amma hələ ki, bu məsələ konkretləşməyib.
Lakin “Zirə” Liranın xidmətində maraqlıdır. Yaxın vaxtlarda keçidin reallaşıb-reallaşmayacağı dəqiqləşəcək.
28 yaşlı forvard “Turan Tovuz”la müqaviləsi olsa da, oradan ayrılıb. O, əvvəllər “Santa-Kruz”, “Botafoqo”, “Trofense” komandalarında da oynayıb.
Paçunun “Kəpəz”in də maraq dairəsində olduğu iddia edilirdi.
- Madrid klublarının ortaq istəyi
- Rikardo Fernandeş: "Qarabağ"a avrokuboklarda uğurlar və qələbə arzulayıram"
- "Neftçi" səfərdən qələbə ilə dönür- YENİLƏNİB
- Rauf Əliyev: "Molde" və "Hakken"lə səfərdə qazanılacaq xallar çox vacibdir" – Müsahibə
- Gimnastika üzrə 28-ci Bakı çempionatı üç kateqoriya üzrə keçiriləcək
0
0