"Zirə" yeni mövsümdə daha bir legionerini heyətdə saxlamaq istəyir.
Apasport.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi komandanın aparıcı futbolçusuna çevrilən Giorgi Papunaşvilini heyətdə saxlamaq üçün danışıqlara başlayıb.
Klub onun müqaviləsini uzatmaq istəyir. Tərəflər arasında razılıq əldə olunacağı gözlənilir.
Ötən mövsümü "Kəpəz"də keçirmiş Papunaşvili mövsümün əvvəlində "Zirə" ilə anlaşmışdı. 29 yaşlı futbolçu karyerası ərzində "Dinamo" (Tbilisi), "Verder", "Saraqosa", "Apollon", "Torpedo" (Kutaisi), "Radniçki", "Samtrediya", "Telavi" komandalarında çıxış edib.
Papunaşvili Gürcüstan millisində 16 görüşdə iştirak edib və 3 qol vurub.
- Şahin Şahniyarov: “Millimiz üçün əlimdən gələnin ən artığını edəcəm”
- A Seriyası: “Yuventus” Çempionlar Liqasına vəsiqə qazandı
- Marakvelidze: “Neftçi”yə qarşı bir saniyə belə rahat olmamalısan” - MÜSAHİBƏ
- Rəşad Sadıqov: "Bu matçda oyunu çevirmək böyük ürək tələb edir"
- Emreli oynadı, komandası autsayderə qol vura bilmədi