“Zirə” – “Turan Tovuz” oyununun köməkçi hakimi dəyişib
02.05.2025 - 11:47
Misli Premyer Liqasının XXXIII turu çərçivəsində bu gün keçiriləcək “Zirə” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Köməkçi hakim Namik Hüseynovun səhhətində problem yarandığı (yüksək hərarət) üçün onu Teymur Teymurov əvəz edib.
Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
- Basketbolçularımız Dünya Seriyasının final mərhələsində ilk qələbəsini qazanıb
- Redon Cicadan ümidini üzməyib - Aqolli həmyerlisinə güvənir
- Orxan Əliyev Azərbaycan çempionatlarında 30-cu qolunu vurub
- “Şamaxı”dan minimalhesablı qələbə - YENİLƏNİB
- Özil: "Əminəm ki, "Cənnət" FK Pele ilə həmişə yenilməz olacaq”
0
0