Anar Nəzirov “Zirə”nin heyətində 100-cü çempionat oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, 28 yaşlı qapıçının yubileyi Misli Premyer Liqasının 34-cü turuna təsadüf edib.
O, “Kəpəz”lə ev matçında (1:1) 90 dəqiqə meydanda olub. Anar klub tarixinə Premyer Liqada 100 və daha çox görüşdə iştirak edən 3-cü futbolçu kimi düşüb. Ona qədər yalnız İlkin Muradovla (114) Təmkin Xəlilzadə (102) buna nail olub.
2015-19-cu illərdə “Zirə”nin formasını geyinən Nəzirov 2021-ci ildə yenidən komandaya qayıdıb. O, bu matçlarda 111 qol buraxıb.
Qeyd edək ki, Anarın “qartallar”ın heyətindəki ilk çempionat qarşılaşması 2015-ci il avqustun 9-da baş tutub. “Zirə” Premyer Liqadakı debüt görüşündə AZAL-a 1:0 hesabı ilə qalib gəlib.
- “Mançester Siti” - “Mançester Yunayted” oyununda 9 qol
- Bakıda məktəblər arasında Minifutbol çempionatı keçirildi - VİDEO
- “Əlimizdən gələni edəcəyik” - Krunoslav Renduliç
- Mixeil Erqemlidze “Kəpəz”dən gedişinin səbəbini açıqladı
- Millimizin oyunçusu: "Bura qrupdan çıxmaq üçün yox, çempion olmaq üçün gəlmişik" - Müsahibə