"Zirə"də 2 futbolçu əvəzedici heyətə göndərildi
15.08.2022 - 16:52
“Zirə” iki futbolçusunu transferə çıxarıb.
Apasport.az saytı xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Transferə çıxarılanlar müdafiəçi Təmkin Xəlilzadə və yarımmüdafiəçi İlkin Muradovdur. Baş məşqçi Rəşad Sadıqov artıq onları əsas heyətdən uzaqlaşdırıb. Xəlilzadə və Muradov bu müddətdə əvəzedici komandada olacaqlar.
Qeyd edək ki, İlkin Muradov “Zirə”nin öz yetirməsidirsə, Təmkin Xəlilzadə komandaya ötən ilin yayında “Sabah”dan qayıdıb.
- Bu gün Azərbaycan millisinin rəqibləri bəlli olacaq - YENİLƏNİR
- "Barselona"da gözlənilməz qərar: LAPORTA PREZİDENT OLMAYACAQ
- “Sumqayıt”dan yeni transfer
- AFFA Premyer Liqa klublarının akademiyalarına yerində ziyarət və qiymətləndirmə prosesini başa çatdırıb
- Elxan Abdullayev: “Matçın əvvəlində bir neçə səhvə yol verdik”
0
0