"Zirə" PFK-da idarəçiliyin daha da təkmilləşdirilməsi və görüləcək işlərlə bağlı klubdaxili iclas keçirilib.
Klubdan apasport.az saytına verilən məlumata görə, iclasda bir sıra mühüm məsələlər müzakirə olunub və komandanın Müşahidə Şurasının yaradılması haqqında qərar qəbul edilib.
"Zirə" PFK-nın fəxri prezidenti Orxan Məmmədov klubun Müşahidə Şurasının sədri seçilib. “AzFar Group” şirkətinin maliyyə direktoru Qabil Abdullayev, “Santral Elektrik” QSC-nin təsisçisi Fuad Rzayev, “Azərenerj” ASC-nin maliyyə departamentinin direktor müavini Fərid Cəfərov, veteran futbolçu Zaur Həşimov isə Müşahidə Şurasına üzv seçiliblər.
- Andrade Azərbaycan çempionatlarında 100-cü oyununa çıxıb
- "Sumqayıt"dan Avropada yaşayan həmvətənlilərimizə çağırış
- Azərbaycan yığmasının rəqibinin baş məşqçisi istefa verib
- Aslan Kərimov: “Onların büdcəsi "Qarabağ"ınkı qədər olsa, ağdamlılar bu cür lider olası deyil” - MÜSAHİBƏ
- Yüksək Liqada III turun proqramı müəyyənləşib