“Zirə”dən darmadağın
16.02.2026 - 23:27
“Zirə”dən darmadağın

Əvəzedicilər Liqasında XVI turun daha bir qarşılaşması baş tutub.

Apasport.az xəbər verir ki, turun bu gün keçirilən yeganə matçında "Zirə-2" "Araz-Naxçıvan-2"nin qonağı olub.

Qonaqlar rəqibini 3 cavabsız qolla məğlub edib - 3:0.

Qeyd edək ki, "Zirə-2" xallarının sayını 35-ə çatdıraraq liderliyə yüksəlib. "Araz-Naxçıvan-2" isə 15 xalla 7-ci pillədə qərarlaşıb.

Əvəzedicilər Liqası

XVI tur

"Araz-Naxçıvan-2" - "Zirə-2" 0:3

Qollar: E.Abdullayev,44, R.Qafarov, 45, M.Ələkbərov,80