“Zirə”nin potensial rəqibindən darmadağın
22.07.2022 - 00:09

“Zirə”nin Konfrans Liqasındakı mümkün rəqiblərinin ilk oyunu keçirilib.
Apasport.az saytının məlumatına görə, II təsnifat mərhələsinin Yunanıstandakı matçında “Aris” “Qomel”i qəbul edib.
Qarşılaşma meydan sahiblərinin böyükhesablı qələbə ilə başa çatıb. 5:1 hesablı darmadağına sevinən Ellada təmsilçisi növbəti mərhələyə böyük addım atıb. Komandalar arasında cavab görüşü bir həftədən sonra baş tutacaq.
Qeyd edək ki, Təl-Əviv “Makkabi”sini qəbul edən “Zirə” ilk oyunda 0:3 hesabı ilə uduzub.
- “Sabah”la heç-heçə “Neftçi” üçün ikiqat yubileylə əlamətdar olub
- “Sumqayıt”ın futbolçusu: “Avrokuboklar üçün oynayacağıq” - Müsahibə
- NBA: “Mayami Hit” qələbə qazandı, 2 oyunluq seriyaya son qoydu
- "Benfika"nın baş məşqçisi "Çelsi"ni hörmətsizlikdə günahlandırdı
- Millətlər Liqasında fasilə öncəsi son oyunlar: 6 qrupda 12 matç
0
0