“Zirə”nin rəqibi “Seltik”in futbolçusunu transfer etdi
02.07.2022 - 11:45
“Zirə”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Təl-Əviv “Makkabi”si növbəti transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, bu barədə İsrail klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Makkabi” “Seltik”in yarımmüdafiəçisi Nir Bitonu heyətinə qatdığını videoçarxla açıqlayıb. İsrail millisinin 31 yaşlı orta sahə oyunçusu yeni komandası ilə 2+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, “Zirə”nin “Makkabi” ilə ilk oyunu iyulun 21-də “Dalğa Arena”da, cavab görüşü isə 28-də Təl-Əvivdəki “Blumfild” stadionunda olacaq.
- Françesko Kalzona: “Azərbaycan millisində italiyalı məşqçinin əli hiss olunur”
- Rəşad Sadıqov: "Əlimizdə kifayət qədər yaxşı futbolçular var"
- La Liqa nəhəngi "Qalatasaray"lı futbolçu ilə maraqlanır
- “Qarabağ”ın Yunanıstana SƏFƏR PROQRAMI
- “Premyer Liqada oyunlarımızı Xankəndidə keçirsək, xoşbəxt olarıq”
0
0