“Sumqayıt” heyətini daha bir futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Gənclik şəhəri” təmsilçisi son olaraq Banqadeşin “Şeyx Rassel” klubunda çıxış edən Riçard Qadze ilə 2024-cü ilin yayına qədər müqavilə imzalayıb. 28 yaşlı qanalı hücumçu 43 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Azərbaycanda daha öncə “Zirə”də (2017-2018; 2019-2020) çıxış etmiş Riçard Qadze karyerası ərzində Hindistanın “Delhi Dinamo”, Finlandiyanın HİK (Helsinki), Rumıniyanın “Voluntari”, Moldovanın “Şerif” və İsrailin “Bney Saxnin” klublarının şərəfini qoruyub.
- "Araz-Naxçıvan" "Benfika" ilə oyun üçün iştirak ərizəsini UEFA-ya göndərib
- Erhan Toker: “Gənclərin təcrübəsi kifayət qədər deyil”
- Yüksək Liqa: “Azərreyl” “Gənclər”i, “Abşeron” “Gəncə”ni məğlub edib
- Millimizin müdafiəçisi: “Onunla görüş komandanı ayıltdı” - MÜSAHİBƏ
- “Karvan” çempionatdan kənarlaşdırılıb