Misli Premyer Liqasının VIII turu Abdullah Zubir üçün əlamətdar olub.
Apasport.az xəbər verir ki, “Qarabağ”ın fransalı legioneri Premyer Liqada 50-ci qolunu vurub. O, “Turan Tovuz”la səfər oyununda (2:1) fərqlənib.
Zubir çempionatdakı 193-cü matçında 50-yə çatıb. Bütün qollarını Ağdam klubunda vuran yarımmüdafiəçi ölkə çempionatının yüksək dəstəsində 50 və daha çox qol vuran 42-ci futbolçu olub.
| 1 | Nazim Əliyev | 183 |
| 2 | Müşfiq Hüseynov | 125 |
| 3 | Rövşən Əhmədov | 116 |
| 4-5 | Qurban Qurbanov | 115 |
| Samir Ələkbərov | 115 | |
| 6 | Alay Bəhramov | 108 |
| 7 | Nadir Nəbiyev | 103 |
| 8-9 | Xaqani Məmmədov | 102 |
| Vadim Vasilyev | 102 | |
| 10 | Kənan Kərimov | 101 |
| 11 | Musa Qurbanov | 94 |
| 12 | Fazil Pərvərov | 89 |
| 13 | Samir Musayev | 88 |
| 14-15 | Fərrux İsmayılov | 85 |
| İmamyar Süleymanov | 85 | |
| 16 | Samir Əliyev | 84 |
| 17 | İsmayıl Məmmədov | 76 |
| 18 | İlham Məmmədov | 74 |
| 19 | Azər İsayev | 73 |
| 20 | Paşa Əliyev | 72 |
| 21 | Badri Kvaratsxeliya | 71 |
| 22 | Zaur Ramazanov | 70 |
| 23 | Filip Ozobiç | 67 |
| 24 | Yunis Hüseynov | 66 |
| 25-26 | Vidadi Rzayev | 65 |
| Mahir Əliyev | 65 | |
| 27 | Rauf Əliyev | 63 |
| 28-30 | Mahmud Qurbanov | 61 |
| Ramiz Məmmədov | 61 | |
| Georgi Adamiya | 61 | |
| 31 | Mahir Emreli | 59 |
| 32 | Rəşad Abdullayev | 58 |
| 33 | Davit Volkov | 56 |
| 34 | Vaqif Cavadov | 53 |
| 35 | Amil Yunanov | 52 |
| 36-37 | Riçard Almeyda | 51 |
| Həsən Abdullayev | 51 | |
| 38-42 | Viktor İqbekoyi | 50 |
| Vüqar Qəmbərov | 50 | |
| Mehman Baxışov | 50 | |
| Yalçın Bağırov | 50 | |
| Abdullah Zubir | 50 |
Zubir həm də “Qarabağ”ın heyətində ümumilikdə 72-ci qolunu vurub. Bütün turnirlərdə 325 matça çıxan fransalı klub tarixinin bombardirləri siyahısında 2-ci yerə yüksəlib. O, 71 qol vuran Mahir Emrelini arxada qoyub. Zubir yalnız 159 qolun müəllifi olan Müşfiq Hüseynovdan geri qalıb.