3x3 basketbol millimız yarımfinal oyununa çıxacaq
08.06.2025 - 10:57
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi bu gün Avropa Kubokunun təsnifat mərhələsində yarımfinal oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, komanda Bakı vaxtı ilə saat 20:40-da Malta ilə qarşılaşacaq.
Matç Kosovonun paytaxtı Priştinada baş tutacaq.
Azərbaycan millisi ötən gün qrup oyununda Kosovo yığmasına 22:10 hesabı ilə qalib gələrək yarımfinala yüksəlmişdi.
Qeyd edək ki, Avropa Kubokunun təsnifat mərhələsinin qalibi sentyabrın 5-7-də Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək əsas mərhələyə vəsiqə qazanacaq.
- Region cüdoçuları üçün kəmər dərəcələri üzrə imtahanlar keçiriləcək
- Taekvondoçumuz klublararası Avropa çempionatında gümüş medal qazanıb
- Culiya Qvardiolanı kumiri adlandırdı
- Təmsilçimiz Dünya Çempionatının bürünc medalını qazanıb
- Sabiq “Ferensvaroş”lu: “Qarabağ”ın futbolçuları fərdi olaraq çox bacarıqlıdır”
0
0