26-27 iyul gənclər şəhəri Sumqayıtda 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi keçiriləcək.
Apasport.az xəbər verir ki, Sumqayıt mərhələsində dünyanın müxtəlif ölkələrindən olan komandalar çempionluq uğrunda mübarizə aparacaqlar.
Yarışda ümumilikdə 16 komanda iştirak edəcək. Onlardan 12-si milli: Azərbaycan, Çexiya, Polşa, Ukrayna, Slovakiya, Qazaxıstan, Madaqaskar, Çin, Benin, Fransa, Böyük Britaniya, Latviya, 4-ü isə klub: “Karolina”(Puerto Riko), “Pekin”(Çin),“Takasaki”(Yaponiya), “CS Rapid”(Rumıniya) komandalarıdır.

Qeyd edək ki, Sumqayıt mərhələsinin oyunları şəhər dənizkənarı bulvarında baş tutacaq.
- Millimiz EEVZA çempionatında mübarizəni başa vurub
- Rövşən Nəcəf UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə görüşüb
- Stend atıcılığı üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib
- “Yuventus” təhlükədə: Avrokuboklardan uzaqlaşdırılır
- Diniyevin komandasında baş məşqçi dəyişikliyi: Tuncay Şanlı istefa verdi