Azərbaycan Basketbol Liqasında bu gün daha üç oyun keçiriləcək.
Apasport.az xəbər verir ki, ilk olaraq IX turdan təxirə salınmış matç baş tutacaq.
Son ölkə çempionu "Sabah" "Gəncə"ni qəbul edəcək. Qarşılaşma Bakı İdman Sarayında, saat 17:00-da start götürəcək.
Saat 20:00-da XI turun "Sərhədçi" - "Quba" və "Abşeron Lions" - "Şəki" görüşləri baş tutacaq. Qarşılaşmalar müvafiq olaraq "Sərhədçi" İdman Mərkəzi və Bakı İdman Sarayında təşkil olunacaq.
XI turun NTD - "Gəncə" və "Sabah" - "Neftçi" oyunları qeyri-müəyyən müddətə təxirə salınıb. Turun əvvəlki matçlarında "Ordu" "Naxçıvan"ı (86:64), "Sumqayıt" "Lənkəran"ı (99:95) məğlub edib.
- Rəşad Sadıqov: Rəqibi təhlil etmək baxımından müəyyən problem yaşayırıq
- Latviya millisinin baş məşqçisi: “Bizim üçün vacib olan məqam
- Bakıda güllə atıcılığı üzrə beynəlxalq hakimlik kursu keçirilir
- Avropa çempionatı: Badminton millimizin oyunlarının təqvimi açıqlanıb
- “Böyük dəbilqə”: Murad Fətiyev bürünc medal qazanıb