Azərbaycan Basketbol Liqasında VIII tura bu gün yekun vurulacaq.
Apasport.az xəbər verıi ki, son olaraq iki oyun keçiriləcək.
"Gəncə" doğma meydanda "Ordu"nu qəbul edəcək. Qarşılaşma saat 14:00-da start götürəcək. Meydan sahibləri B qrupunda 13 xalla liderdir, qonaqlar 11 xalla üçüncü pillədə qərarlaşıb.
Tur Sumqayıtda başa çatacaq. Şəhərin eyniadlı komandası "Şəki" ilə üz-üzə gələcək. Bu görüş saat 17:00-da başlayacaq. "Gənclik şəhəri" təmsilçisi B qrupunda 9 xalla sonuncu-altıncı sıradadır. "Şəki" 12 xalla ikincidir.
Qeyd edək ki, VIII turun əvvəlki oyunlarında "Neftçi" NTD-ni (81:68), "Sərhədçi" "Naxçıvan"ı (86:65), "Sabah" "Abşeron"u (94:71), "Quba" isə "Lənkəran"ı (89:60) məğlub edib.
- “Fair Play” mükafatının sahibi bəlli olub
- Pol Poqbanı qardaşı qaçırıb: 13 milyon avroluq şantaj
- Kolumbiyalı futbolçu ürəktutmasından öldü
- Azərbaycan Kuboku: "Səbail", "Araz-Naxçıvan" və "Sabah" 1/4 finalda - YENİLƏNİB
- "Beşiktaş”da növbəti prezident seçkiləri başa çatıb - SERDAL ADALI QALİB GƏLDİ - YENİLƏNİB