ABL: "Neftçi" "Naxçıvan"la qarşılaşacaq
10.12.2024 - 11:15
Bu gün Azərbaycan Basketbol Liqasında VI tura start veriləcək.
Apasport.az xəbər verir ki, A qrupunda iki qarşılaşma keçiriləcək.
İlk olaraq "Naxçıvan" "Neftçi" ilə üz-üzə gələcək. Oyun saat 15:30-da start götürəcək. Bölgə təmsilçisi 9 xalla ikinci, "ağ-qaralar" 5 xalla sonuncu - altıncı pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Sərhədçi" və "Sabah" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. Paytaxt klublarının dueli saat 18:30-da başlayacaq. "Sərhədçi" 8 xalla üçüncü, "bayquşlar" 10 xalla birincidir.
Qeyd edək ki, turun digər oyunları 11, 13 və 14 dekabrda gerçəkləşəcək.
- “Atletiko”nun yarımmüdafiəçisi Danimarkada
- “Turan Tovuz”un müdafiəçisi Roderik Miller: “Həmin epizodla bağlı şərh verə bilməyəcəm” - Müsahibə
- Millimiz 2 yoldaşlıq oyunu keçirəcək
- De Xea uzun müddət sonra ilk matçına çıxa bilər
- Lunyovun meneceri: “Lunyovun 200 min avroluq maaşı reallığı əks etdirmir”
0
0