ABL: “Şəki” yarımfinala vəsiqə qazanıb
22.04.2025 - 16:54
ABL: “Şəki” yarımfinala vəsiqə qazanıb

Azərbaycan Basketbol Liqasında üçüncü yarımfinalçı da bəlli olub.

Apasport.az xəbər verir ki, pley-off mərhələsinin həlledici – üçüncü qarşılaşmasında “Şəki” öz meydanında “Gəncə” üzərində 85:83 hesablı qələbə qazanaraq adını yarımfinala yazdırıb.

Komandalar arasında keçirilmiş ilk oyunda “Şəki” (85:84), cavab matçında isə “Gəncə” (94:71) qələbə qazanıb. 

Qeyd edək ki, “Sabah” və “Neftçi” komandaları da daha əvvəl yarımfinal mərhələsinə vəsiqə qazanıblar.