ABL: "Sumqayıt" "Ordu" ilə üz-üzə
12.12.2025 - 09:15
Azərbaycan Basketbol Liqasının IX turunda bu gün daha iki oyun keçiriləcək.
Apasport.az xəbər verir ki, əvvəlcə "Sumqayıt" "Ordu" kollektivi ilə qarşılaşacaq.
Matç Sumqayıt Olimpiya İdman Kompleksində, saat 19:00-da başlayacaq.
Bu görüşdən 1 saat sonra NTD və "Şəki" kollektivləri güclünü ayırd etməyə çalışacaqlar. Oyun "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.
A qrupunda yer alan "Şəki" 9 xalla beşinci, rəqibindən 1 xal geri qalan NTD isə 8 xalla altıncıdır. B qrupuna 16 xalı olan "Ordu" kollektivi başçılıq edir. 10 xalı olan "Sumqayıt" sonuncu - altıncı sırada qərarlaşıb.
- Nuri Şahin addım-addım Super Liqaya doğru: İstanbul klubunu çalışdıracaq
- Azərbaycanlı alpinistdən bəhs edən film İtaliyada qalib olub
- “Arsenal” transferlərə 230 milyon avro ayırdı
- “Sumqayıt”ın futbolçusu əməliyyat olundu
- Conatan Benteke: "Qollarımı Premyer Liqada da davam etdirmək istəyirəm" - MÜSAHİBƏ
0
0