NBA-nın müntəzəm mövsümündə növbəti oyunlar keçirilib.
Apasport.az xəbər verir ki, Türkiyə millisinin basketbolçusu Alperen Şengünün çıxış etdiyi “Hyuston Rokets” səfərdə “Vaşinqton Vizards”ı 147:119 hesabı ilə məğlub edib.
Alperen qarşılaşmanı 19 xal, 8 ribaund və 8 məhsuldar ötürmə ilə başa vurub. O, həmçinin 2 dəfə topu rəqibdən almağı bacarıb.
“Hyuston”un heyətində Amen Tompson 26, Kevin Dürant və Tari İson isə hərəyə 25 xal toplayıblar. Meydan sahiblərinin ən məhsuldar basketbolçusu 24 xalla Aleks Sarr olub.
Bu, “Hyuston”un ardıcıl dördüncü qələbəsidir. Komanda mövsümdə keçirdiyi 14 qarşılaşmanın 11-də qalib gəlib.
Görüşdə daha bir diqqətçəkən məqam “Vaşinqton”un basketbolçusu Tre Yanqın xal toplaya bilməməsi olub. O, NBA karyerasında ilk dəfə bir oyunu xalsız başa vurub.
Günün digər oyunlarında “Boston Seltiks” “Dallas Maveriks”i 131:94, “Los-Anceles Leykers” isə “Finiks Sans”ı 131:123 hesabı ilə məğlub edib.
NBA-da günün nəticələri (15 noyabr)
“Finiks Sans” – “Los-Anceles Leykers” 123:131
“Los-Anceles Klippers” – “Şarlott Hornets” 113:105
“Yuta Cazz” – “San-Antonio Spörs” 102:110
“Toronto Reptors” – “Nyu-York Niks” 108:112 (əlavə vaxtda)
“Boston Seltiks” – “Dallas Maveriks” 131:94
“Vaşinqton Vizards” – “Hyuston Rokets” 119:147
“Milvoki Baks” – “Atlanta Houks” 106:113
“Sakramento Kinqs” – “Oklahoma-Siti Tander” 101:125