MBA-da rekord qiymətə klub satılıb.
Apasport.az xəbər verir ki, 2004-cü ildə “Finiks Sans”ı dövrünün ən yüksək məbləğinə - 401 milyon dollara alan Robert Sarver komandanı satdığını açıqlayıb.
Amerikalı iş adamı Met İşbia klub üçün 4 milyard dollar ödəyib. O, bu qiymətə “Finiks Sans”la “Finiks Merkuri”nin yeni sahibi olub.
İşbianın sözlərinə görə, qardaşı da kluba yatırım edəcək. Hər iki kollektivin də çox güclü tərəfdar dəstəyinə malik olduğunu deyən yeni prezident həyəcanlı olduğunu da gizlətməyib.
Qeyd edək ki, satış müqaviləsi rəsmiləşdikdən sonra “Finiks Sans” MBA tarixinin ən bahalı klubu olacaq.
- Millimiz Avropa Kubokunda bürünc medal qazanıb
- ÇL-də həftənin ən yaxşı futbolçusu adına namizədlər
- Rəşad Sadıqov: “Oyunçularımız gözlədiyimizdən yaxşı çıxış etdi”
- "Kəpəz"in baş məşqçisi: "Hədəf mehriban kollektiv yaratmaqdır" - MÜSAHİBƏ
- Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan Vəli İsrafilovu təbrik edib