Azərbaycanın qadınlardan ibarət millisinin üzvü Marsedes Volker basketbolçu karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
2015-ci ildən etibarən basketbol üzrə qadınlardan ibarət 3×3 Azərbaycan milli komandasının üzvü olan Marsedes Volker peşəkar basketbolçu karyerasını başa vurub.
Marsedes Volker son oyununu Avropa kubokunda Avstriya seçməsinə qarşı oynayıb.
Millinin heyətində 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Marsedes, bundan əlavə, Olimpiya Oyunlarında da yığmamızın heyətində iştirak edib.
- “Qəbələ” daha bir əcnəbi futbolçu ilə yeni müqavilə bağladı
- Taekvondoçularımız Türkiyədə təlim-məşq toplanışında iştirak edir
- İspaniya Superkuboku: "Barselona"nın qələbəsi tarixə düşüb
- 14 yaşadək oğlan voleybolçular üçün təlim-məşq toplanışı başlayıb
- "Azərreyl"in voleybolçusu: "Turnir cədvəlindəki yerimizi qorumağı düşünürük"