Azərbaycanlı hakim Avropa çempionatının yarımfinal mərhələsinə təyinat alıb
15.08.2025 - 11:35

Azərbaycanın beynəlxalq dərəcəli basketbol hakimi Ələkbər Həsənov Avropa çempionatında A divizionunun oyununa təyinat alıb.
Apasport.az xəbər verir ki, o, 16 yaşadək oğlanlar arasında turnirin yarımfinal mərhələsinin Litva – İtaliya matçının baş hakimi olacaq.
Bu gün Gürcüstanda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.
0
0