Basketbolçularımız yoxlama oyununda qalib gəldi
18.02.2024 - 10:21

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Türkiyədə təlim-məşq toplanışındadır.
Apasport.az xəbər verir ki, İstanbul şəhərində davam edən toplanış çərçivəsində millimiz Birləşmiş Ərəb Əmirlikləri kollektivi ilə yoldaşlıq oyunu keçirib.
Tahir Baxşıyevin yetirmələri matçdan qalib ayrılıb – 72:57. Millimizin heyətində ən məhsuldar basketbolçu 14 xal və 4 ribaundla kapitan Amil Həmzəyev olub.
Qeyd edək ki, təlim-məşq toplanışının fevralın 21-dək davam etməsi planlaşdırılır.
- Gənclər və idman naziri və ABF prezidenti yığmanın məşqində - FOTOLENT
- Azərbaycan İdman Mediasının İrəvanda bayrağımızın yandırılması ilə bağlı BƏYANATI
- Azərbaycan millisinin Albaniya ilə oyununun biletləri satışa çıxarılıb
- Azərbaycan kubokunun qalibi - "Qəbələ"
- Akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatı keçiriləcək
0
0