Bölgə klubunda yeni müqavilə
02.08.2026 - 00:52
"Gəncə" basketbolçusu Eqzavier Roudsla müqavilə müddətini artırıb.
Apasport.az xəbər verir ki, ABŞ-dən olan basketbolçu ilə yeni mövsümün sonuna kimi razılıq əldə edilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 26 yaşlı oyunçu ötən mövsümdən "Gəncə"də çıxış edir.
0
0