Çempion məşqçi “Finiks”də
02.06.2023 - 22:48
NBA-da Frenk Vogel “Finiks Sans”ın baş məşqçisi təyin olunub.
Apasport.az saytı xəbər verir ki, dəyəri 31 milyon dollar olan müqavilə 5 illik nəzərdə tutulub.
Pley-offun ikinci mərhələsində “Denver”ə uduzan “Finiks” baş məşqçi Monte Uilyamsı istefaya göndərmişdi. Bundan sonra bir neçə mütəxəssislə danışıqlar aparan komanda sonda 2020-ci ilin çempionu üzərində dayanıb.
Qeyd edək ki, Vogel 3 il əvvəl “Los Anceles Leykers”i NBA çempionu etmişdi.
- “Zirə” baş məşqçisini göndərdi
- Azərbaycan birinciliyində növbəti mükafatların sahibləri bəlli olub
- PFL-dən Uşaqların Beynəlxalq Müdafiəsi Gününə özəl - VİDEO
- Azərbaycan millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşib
- Azərbaycan Dünya Kubokunu 1 medalla tamamladı - FOTO
0
0