Çempionlar Liqası: "Sabah" növbəti matçına çıxacaq
29.10.2025 - 11:34
“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsinin B qrupunda bu gün növbəti matçına çıxacaq.
Apasport.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv səfərdə Fransa təmsilçisi “Elan Şalon”la üz-üzə gələcək.
Matç Şalon-sur-Son şəhərindəki Le Kolizeydə, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, "Sabah" ilk iki görüşdə Çexiya təmsilçisi “Nimburk”a (65:93) və Almaniyanın “Alba” (76:85) komandalarına uduzub.
- Dumfris: “İnter”dən ayrılmaq üçün səbəbim yoxdur”
- "Qalatasaray"da böhran: Futbolçular çempionluq mükafatlarını ala bilmirlər
- “Lənkəran”nın baş məşqçisi: “Ehtiyat skamyanın kasad olması yenə də öz sözünü dedi”
- "Mançester Yunayted"də itki
- Azərbaycan Kuboku: 1/4 final mərhələsinin cavab matçlarının proqramı
0
0