Embid Fransa deyil, ABŞ-ı seçdi
05.10.2023 - 23:06
“Filadelfiya”nın mərkəz oyunçusu Joel Embid Paris Yay Olimpiya Oyunlarında iştirak etməyə hazırdır.
Apasport.az saytı xəbər verir ki, o, bu barədə ABŞ yığmasının baş menecerinə məlumat verib.
29 yaşlı basketbolçu yayda keçirilən dünya çempionatında Fransa komandasında oynamaqdan imtina etmişdi. Əslən kamerunlu olan Embidin Fransa və ABŞ vətəndaşlığı var.
Qeyd edək ki, Joel NBA-nın 2022/2023 mövsümün müntəzəm çempionatının MVP-si seçilib. O, 66 oyunda orta hesabla 33,1 xal, 10,2 götürmə və 4,2 ötürmə ilə yadda qalıb.
- Qubada “Ulduz Cup” beynəlxalq futbol turniri keçiriləcək - FOTO
- Kvirkveliya: “Sevgilimlə burada vaxtımızı əyləncəli keçirmək üçün çoxlu restoran var” - VİDEO
- Azərbaycan klubu Çempionlar Liqasında 1/4 finala yüksəldi
- İspaniya millisinin vingeri London klubunda - Rəsmi
- Entonidən zorakılıq etməsinə cavab: “Əllərindən tutdum...”
0
0