“Abşeron Lions” basketbol komandası Avropa Kubokunun I təsnifat mərhələsində Bakıda Kiprin “Anortosis” klubuna 89:71 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, təmsilçimizin baş məşqçisi Erhan Toker oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib.
Məşqçi son hissənin onlar üçün yaxşı keçmədiyini dilə gətirib: “Daha böyük hesabla qalib gələ bilərdik. Bəzi şeyləri düzəltmək istəyirik. Bunun üzərində işləyəcəyik. Bəlkə də onlar bizi yaxşı analiz edə bilməyiblər. Hücumda və müdafiədə yaxşı oynadıq. İndiki hədəf Kiprdən də qələbə ilə ayrılmaqdır. Daha sonra gələcək haqqında planlar quracağıq. Gənc oyunçularımızda inkişaf var”.
Qeyd edək ki, komandalar arasındakı ikinci görüş oktyabrın 1-də Limassolda təşkil olunacaq.
- Millimizin Türkiyəyə qarşı keçirəcəyi oyunların hakimləri açıqlanıb
- Azərbaycan - Avstriya oyununun biletləri satışa çıxarılır
- “Barselona”nın yetirməsi Səudiyyə Ərəbistanına göndərildi
- “Fulhem”lə yeni müqavilə imzalasa da...
- Hidayət Heydərov və millimizin baş məşqçisi mükafata namizədlər sırasındadır