Evren Alkaya: "Etdiyimiz səhvlər bizə baha başa gəldi"
15.04.2025 - 15:52
Evren Alkaya: "Etdiyimiz səhvlər bizə baha başa gəldi"

“Sumqayıt” maraqlı komandadır. Üç amerikalı basketbolçusunun hər biri də “üçlük”lərdə çox yaxşıdırlar”.

Apasport.az xəbər verir ki, bunu “Sərhədçi”nin baş məşqçisi Evren Alkaya deyib.

O, pley-in-in “Sumqayıt”la ikinci oyunu haqda fikirlərini açıqlayıb: “Bunu atmağı da, sistemsiz etməyi bacarırlar. İstədiyiniz formada müdafiə olunarkən belə “üçlük”də dəqiq oynayırlar. Ötən oyundan 3 xal çox atdılar. Yenə eyni faizdə “üçlük” atdılar. Biz də çox müdafiə səhvləri etdik. Ribaundları onlara verdik. Ötən oyundakı rahat qalibiyyət bu məğlubiyyətin səbəbi oldu. Pis oynamadıq və 97 xal atdıq. Bu ciddi rəqəmdir. Amma müdafiədə daha diqqətli olmalıyıq. Çox az “üçlük” atdıq. Etdiyimiz səhvlər bizə baha başa gəldi. Oyunçularla matçdan sonra bunu danışdıq”.

Alkaya “Sumqayıt”da sistemin olmadığını vurğulayıb: “Amma rəqib fərqli komandadır. Heç bir sistem yoxdur, sadəcə xal atırlar. Boşluqlar tapıb “üçlük”lər atırlar. Əlimizdən gələni edib pley-off-a qalmaq istəyirik. Səhvlərimizi anlayıb onları aradan qaldıracağıq”.

Qeyd edək ki, “Sərhədçi” “Sumqayıt”a 97:100 hesabı ilə uduzub.