"Fənərbaxça" çempion! - Ardıcıl 3-cü dəfə
19.06.2026 - 23:16
"Fənərbaxça" çempion! - Ardıcıl 3-cü dəfə

"Fənərbaxça Beko" Türkiyə Basketbol Super Liqasının qalibi olub.

Apasport.az xəbər verir ki, Şarunas Yasikeviçiusun rəhbərlik etdiyi komanda final seriyasının dördüncü oyununda "Beşiktaş"ı 77:75 hesabı ilə məğlub edib.

Bu qələbə sayəsində seriyada ümumi hesabı 3:1-ə çatdıran İstanbul təmsilçisi ardıcıl üçüncü dəfə Türkiyə çempionu adına yiyələnib.

Qeyd edək ki, "Fənərbaxça Beko" son üç mövsümdə ardıcıl olaraq Türkiyə Basketbol Super Liqasının qalibi olub.

Komanda bununla da klub tarixində 13-cü çempionluğunu rəsmiləşdirib.