"Fənərbaxça" növbəti mərhələyə yüksəldi
08.05.2024 - 23:33
Avroliqanın pley-off 1/4 final mərhələsinin son matçında "Fənərbaxça Beko" "Monako"nun qonağı olub.
Apasport.az xəbər verir ki, "Fənərbaxça Beko" matçı uzatma dəqiqələrində 80-79 qazanıb və seriyanı 3-2 edərək "Final Four"a yüksəlib.
"Dördlər finalı" mayın 24-26-da Almaniyanın paytaxtı Berlindəki "Mercedes Benz Arena"da keçiriləcək.
"Fənərbaxça", Avroliqa tarixində pley-off seriyasının 5-ci oyununda səfərdə qalib gələn ilk komanda kimi tarixə düşüb.
Türkiyə təmsilçisi “Dördlər finalı”nda “Panatinaikos”la mübarizə aparacaq.
- Holan: "Dünya çempionatını evdən izlədim, əsəbləşdim"
- “Roma” - “Feyenoord”: Kim güclüdür?
- Şəhriyar Əsgərov: "Bu, daha məqsədəuyğun olardı"
- “Mançester Siti”ni gözləyən cəzalar – liqadan uzaqlaşdırılma, xalların silinməsi...
- Yeqor Xvalko: "Oyunçularımız yaxşı təkliflərə getdilər, bizim buna gücümüz çatmır" - Müsahibə
0
0