
“Gəncə” basketbol klubu Azərbaycan millisinin üzvünü heyətinə qatıb.
Apasport.az xəbər verir ki, “sarı-göylər” Cəbrayıl Əkbərovla anlaşıb. “Cibo” ləqəbli hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Basketbolçu 2022/2023 mövsümündə də Gəncə klubunun formasını geyinib. O, komanda ilə Azərbaycan kubokunun qalibi olub və ölkə çempionatında gümüş mükafata sahib çıxıb. Ötən mövsüm “Sərhədçi”də çıxış edən Cəbrayıl Əkbərov Çempionlar Liqasının təsnifat mərhələsinin oyunları üçün “Sabah”ın heyətində də yer almışdı.
“Gəncə” daha əvvəl yerli basketbolçulardan Elşad Şirzadov, Maqsud Rüstəmov, Nicat Hüseynov, əcnəbilərdən isə Lavon Holland, Kaan Yıldırımkanlı, Cordan Forbs, Barrel Romelo və Marqus Gilson ilə müqavilə bağlayıb.
- Cüdoçumuz Portuqaliyada "gümüş"lə kifayətləndi - YENİLƏNİB
- "Turan Tovuz” səfərdən 3 xalla dönür - YENİLƏNİB
- TFF açıqladı: "Fənərbaxça" - "Qalatasaray" matçının saatı dəyişdirildi
- “Sabah”ın üzvü əməliyyat olunacaq
- Skarlatake: “Təklifləri var, amma “Neftçi” ilə çempionluq uğrunda mübarizə aparmaq niyyətindədir” - MÜSAHİBƏ