
"Təəssüf ki, bizdə heyət geniş deyil".
Apasport.az xəbər verir ki, bunu "Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç "Gəncə"yə qarşı Azərbaycan Basketbol Liqasının VI turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Gürcüstanlı mütəxəssis məğlubiyyətə görə üzgün olduqlarını bildirib:
“Bizim üçün rəqib çox güclü idi. Çox çalışdıq amma heyətdə olan itkilər matç boyu intensiv şəkildə mübarizə aparmağımıza imkan vermədi. Rəqibin heyətində çox oyunçular var. Təəssüf ki, bizdə heyət bir o qədər geniş deyil. Bir neçə mövqedə boşluqlarımız mövcuddur".
Qeyd edək ki, "Gəncə" - "Lənkəran" qarşılaşması meydan sahiblərinin 94:66 hesablı qələbəsi ilə yekunlaşıb.
- Nazim Əliyev: “Mənim üçün hər iki komanda da doğmadır”
- Dünya çempionumuz: "Ehtiyatda qalmağı Ronaldonun öz istəyi idi"
- “Araz-Naxçıvan” “Zirə”yə qarşı - HEYƏTLƏR
- Miodraq Bojoviç: "Bu mövsüm ən yaxşı oyunlarımızdan birini oynadıq"
- Millimizin üzvü: “İslamiada və AVRO-2023-ün təsnifatında yaxşı çıxış edəcəyik”