"Çatışmazlıqları aradan qaldırmalı, daha yaxşı hazırlaşmalıyıq".
Apasport.az xəbər verir ki, bunu "Gəncə"nin baş məşqçisi Halil Atlı "Şəki"yə 66:72 hesabı ilə uduzduqları Azərbaycan Basketbol Liqasının IX turundan təxirə salınmış oyun barədə danışarkən deyib.
Türkiyəli mütəxəssis rəqibi qələbə münasibəti ilə təbrik edib:
"Hesaba baxdığımızda ortalama 100 xalla oynayan “Şəki”ni 72 xalda saxladıq, özümüz isə 66 xal qazandıq. Ritmsiz oynadıq. 16 dəfə sərbəst atışı qaçırdıq. 3 xallıq atışlarda əvvəlki göstəricilərimizdən çox zəif nəticə əldə etdik. Oyunu uduzmağımızda bu önəmli oldu".
H.Atlının sözlərinə görə, matçın gedişində bir basketbolçunu cəza səbəbindən itirmələri də oyunlarına təsir edib:
"Qarşıda “Lənkəran” ilə səfər oyunumuz var. Lənkərana qələbə üçün gedəcəyik”.
- La Liqa: “Selta” “Alaves”lə bacarmadı
- “Qəbələ”nin legioneri: “Premyer Liqada qalacağımıza inanırıq" - Müsahibə
- “Turan Tovuz”un forvardı qırılan işıq dirəyi ilə bağlı: “Tək sevindirici hal…” - Müsahibə
- "Santos"a qayıdan Neymarın ilk matç performansı - VİDEO
- UEFA “Qarabağ”ın futbolçusunu cəzalandırdı: "Braqa" ilə görüşü buraxacaq