İspaniyalı Rudi Fernandes 6-cı dəfə Olimpiadada iştirak edən ilk basketbolçu olub.
Apasport.az xəbər verir ki, o, bu gün ölkə yığmasının heyətində Avstraliyaya qarşı oyunda meydana çıxıb.
Fernandes ilk dəfə Afina-2004 Yay Olimpiya Oyunlarında iştirak edib. 39 yaşlı idmançı Pekin-2008 və London-2012 olimpiadalarında final matçında uduzub. Rudinin komandası hər iki halda amerikalılarla bacarmayıb. İspanlar Rio-2016-da isə üçüncü olublar.
Amerikalı qadın basketbolçu Dayana Taurazi də 6-cı dəfə Oyunlara yollanıb. O, bazar ertəsi ABŞ yığmasının heyətində Yaponiyaya qarşı meydana çıxmaq şansı qazanıb.
Qeyd edək ki, İspaniya millisi turnirin ilk oyununda Avstraliyaya 80:92 hesabı ilə uduzub.
- “Əl-Nəsr” yeni baş məşqçisini açıqladı - Postekoğlu ilə müqavilə imzalandı
- "Azərreyl" yeni mövsümün hazırlığına başladı
- Qurban Qurbanov: "3-cü qol artıq oldu"
- "Roma"nın məğlubiyyətsizlik seriyası 15-ə çatıb - 9 il sonra ilk dəfə
- Qurban Qurbanov: "Futbolçulara psixoloji olaraq hazırlaşmağı məsləhət görmüşəm"